USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya daxili bazarını qorumaq üçün addımlar atır

22.01.2025 İqtisadiyyat
0 0
Bütün dünyada ərzaq məhsullarının bahalaşması ölkə rəhbərliyini yeni tədbirlər görməyə vadar edir. Rusiya daxili bazarda sabitliyi qoruyub saxlayaraq vətəndaşlarının qidaya asan çıxışını təmin etmək üçün tədbirlər görməyə hazırlaşan ölkələrdən biridir.

Ölkədə ərzaq məhsullarının qiymət artımı ilə bağlı açıqlama verən Rusiya Baş nazirinin müavini Dmitri Patruşyev ərzaq məhsullarının tədarükündə prioritetin daxili bazar olduğunu və ixrac məhdudiyyətlərinin gündəmdə olduğunu bildirib.

Vətəndaşların əsas ərzaq məhsullarına asan çıxışının olması lazım olduğuna diqqət çəkən Patruşyev, "Biz yerli istehsalçılarımıza güvənirik və özümüzü təmin edirik. Öz məhsulumuzun istehsalını daha da artırmaq lazımdır" deyib.