USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftin qiyməti ucuzlaşmaqda davam edir

23.01.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 77,94 dollara satılır.

Ötən gün 79,08 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 78,28 dollarla bağladı. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:35-ə olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,4 faiz azalaraq 77,94 dollar təşkil edib. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 74,91 dollara alınıb.

Dünyanın ən böyük neft istehlakçı ölkəsi olan ABŞ-da neft ehtiyatlarının artdığını göstərən məlumatların təsiri ilə neft qiymətləri eniş tendensiyasını davam etdirib.

Amerika Neft İnstitutu (API) ABŞ-ın kommersiya xam neft ehtiyatlarının keçən həftə əvvəlki həftəyə nisbətən 1 milyon barel artdığını təxmin etdi. Bazar gözləntiləri ehtiyatların 2,6 milyon barel azalacağı idi. Gözlənilənlərin əksinə olaraq səhmlərin artması ABŞ-da tələbin zəifləməsinə, neftin qiymətinin aşağı düşməsinə işarə etdi.

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) günün sonunda rəsmi ehtiyat məlumatlarını açıqlayacaq.

ABŞ Prezidenti Donald Trampın planlaşdırdığı yeni enerji siyasətlərinin qlobal neft tələbinə təsiri ilə bağlı qeyri-müəyyənlik qiymətlərin aşağıya doğru hərəkətini dəstəkləyib.