USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın ət ixracından gəliri artıb

23.01.2025 İqtisadiyyat
0 0
Ötən il Azərbaycandan 1,8 milyon ABŞ dolları dəyərində 1,3 min ton ət ixrac olunub.

Kommersant.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən ətin dəyəri 155 min ABŞ dolları (9,1%), həcmi isə 265 ton (24,8%) artıb.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 129,5 milyon ABŞ dolları olan 58,7 min ton ət idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən ət idxalının dəyəri 42,8 milyon ABŞ dolları (49,4%), həcmi isə 17 min ton (40,7%) artıb.

Hesabat dövründə ətin ümumi idxaldakı payı 0,62% təşkil edib.