USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Emerson AspenTech-in qalan səhmlərini 7,2 milyard dollarlıq müqavilə ilə alacaq

27.01.2025 İqtisadiyyat
0 0
ABŞ-ın texnologiya şirkəti Emerson, proqram təminatı şirkəti Aspen Technology-nin (AspenTech) qalan səhmlərini 7,2 milyard dollar dəyərində sövdələşmə ilə alacağını açıqladı.

Emerson, AspenTech-in sahib olmadığı səhmlərini hər bir səhm üçün 265 dollara almaq barədə razılığa gəlib.

Razılaşmanın ümumi dəyərinin 7,2 milyard dollar olduğu bildirilən açıqlamada, Emerson-un hazırda AspenTech-in səhmlərinin təxminən 57 faizinə sahib olduğu və əməliyyat başa çatdıqdan sonra AspenTech-in Emerson-un bütövlükdə törəmə müəssisəsinə çevriləcəyi qeyd edilib.

Açıqlamada, satınalmanın 2025-ci ilin ilk yarısında başa çatdırılmasının gözlənildiyi bildirilib.