USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əlverişsiz hava noxudun məhsuldarlığını aşağı salıb

30.07.2018 İqtisadiyyat
0 0
Havaların əlverişsiz keçməsi noxud sahələrində məhsuldarlığa ciddi təsir göstərib

"Kommersant.az" xəbər verir ki, Qobustan rayonunda cari mövsümdə 550 hektarda noxud yetişdirilib və torpaq mülkiyyətçiləri artıq məhsul tədarükünü başa çatdırıblar.

Rayon kənd təsərrüfatı idarəsindən bildirilib ki, sakinlər burada sovetlər birliyi dövründən noxudçuluqla məşğul olublar. Lakin hər il əkin çox az sahədə aparılıb. Son illər bazarlarda noxuda olan tələbat bu sahəyə marağı artırıb. Təsadüfi deyil ki, rayonda noxud əkini sahələri ötən ilə nisbətən 100 hektar, 2016-cı ilə nisbətən isə 310 hektar artıb

Qeyd edək ki, cari ildə havaların əlverişsiz keçməsi məhsuldarlığa ciddi təsir göstərib. Belə ki, hər hektardan orta məhsuldarlıq 12-15 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox əkin aparılan Xilmilli, Təklə, Sündü, Cəm-Cəmli və bir sıra digər ərazi vahidlərində isə məhsuldarlıq bir qədər yaxşı olub.


© Azərtac

  • Əvvəlki

    Azər Türk Bank ikinci rübü mənfəətlə başa vurub - HESABAT

Digər xəbərlər

28.11.2024 İqtisadiyyat
İrandan 'neft' etirafı
0 0
28.11.2024 İqtisadiyyat
Yeni lizinq şirkəti təsis edilib
0 0