USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FED uçot dərəcəsi ilə bağlı qərar verdi

30.01.2025 İqtisadiyyat
0 0
ABŞ-nin Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsi ilə bağlı qərarını elan edib.

Kommersant.az xəbər verir ki, ardıcıl üç dəfə uçot faizlərini aşağı salan FED bu dəfə, onu olduğu səviyyədə - ilə 4,25% - 4,5% civarında saxlamağa qərar verib.

Qurumun bildirdiyinə görə, son göstəricilər Birləşmiş Ştatlarda iqtisadi aktivliyin “şux templərlə” artmağa davam etdiyini deməyə əsasə verir. Bundan başqa ölkədə işsizlik səviyyəsinin son aylar ərzində aşağı düşdüyü, əmək bazarı şərtlərinin stabilləşdiyi bildirilir. Bununla belə inflasiya səviyyəsinin nisbətən yüksək olaraq qaldığı vurğulanır.

Qeyd edək ki, dekabrın ikinci yarısında FED 2025-ci ilə olan inflasiya ilə bağlı proqnozunu ilə 2.5%-ə qaldırmışdı.