USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bank sektorunun aktivləri 8%-ə yaxın böyüyüb

30.01.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvarın 1-nə Azərbaycanda fəaliyyətdə olan bankların cəmi aktivləri 53,1 milyard manat, cəmi öhdəlikləri 46,4 milyard manat, balans kapitalı isə 6,6 milyard manat olub.

Bu barədə Mərkəzi Bankdan məlumat əldə edib.

Məlumata əsasən, 2024-cü il ərzində bankların cəmi aktivləri, cəmi öhdəlikləri və balans kapitalı müvafiq olaraq 7.8%, 7.6% və 9.2% artıb.

Bir yanvar tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 485, şöbələrinin sayı 88, ATM-lərin sayı 3,230 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0.6% və ya 144 nəfər artaraq, 25,363 (ilin əvvəlindən 7.6% və ya 1,794 əməkdaş) nəfər təşkil edib.

  • Əvvəlki

    Ölkədə ödəniş kartlarının sayı ARTIB

Digər xəbərlər