USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Xalq Həyat”ın Direktorlar Şurasına yeni sədr təyin edildi

31.01.2025 İqtisadiyyat
0 0
“Xalq Həyat” ASC-nin Direktorlar Şurasına yeni sədr seçilib.

Kommersant.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Xəzər Bağırlı Arif oğlu Direktorlar Şurasının sədri seçilib.

O, paralel olaraq “Xalq Bank”ın Müşahidə Şurasının üzvü və “Xalq Kapital İnvestisiya Şirkəti”nin Müşahidə Şurasının sədridir.

Direktorlar Şurasının digər üzvü isə Günay Paşa Tanrıverdi qızıdır.

Xatırladaq ki, “Xalq Həyat Sığorta” 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 15 milyon manatdır. Şirkətin səhmləri 100% “Xalq Sığorta” ASC-yə məxsusdur.