USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neftimiz ucuzlaşıb

04.02.2025 İqtisadiyyat
0 0
Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,37 ABŞ dolları və ya 0,47% azalaraq 78,15 dollar/barel təşkil edib.

Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,37 dollar və ya 0,48% ucuzlaşaraq 76,96 dollar təşkil edib.

URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,38 dollar və ya 0,6% azalaraq 62,87 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 0,97 dollar və ya 1,26% azalaraq 77,05 dollar/barel təşkil edib.

Fevralın 4-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.

Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

  • Əvvəlki

    Rusiya: ABŞ-ın OPEK-i neft qiymətlərini aşağı salmağa çağırması qəbuledilməzdir

Digər xəbərlər