USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tramp Meksika və Kanadaya tarifləri təxirə saldı

04.02.2025 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Tramp Meksika, Kanada və Çinə gömrük rüsumlarını açıqladıqdan sonra Meksika və Kanada ilə aparılan danışıqlar nəticəsində bu rüsumlar bir ay müddətinə təxirə salınıb. Kanada və Meksika sərhəd təhlükəsizliyi üçün 10 min əsgər göndərməyə razılaşıb. Tramp və Çin prezidenti Si Cinpinin 24 saat ərzində telefonla danışacağı gözlənilir.

ABŞ prezidenti Tramp fevralın 1-də imzaladığı sərəncamla Kanada və Meksikadan idxala 25 faiz, Çindən idxala isə 10 faiz əlavə rüsum tətbiq edəcəyini açıqlayıb.

Kanadanın Baş naziri Trudeau: 1,3 milyard dollarlıq sərhəd planını həyata keçirəcəyik

Kanadanın Baş naziri Castin Trudeau X sosial media hesabında mövzu ilə bağlı paylaşım edib. ABŞ prezidenti Donald Trampla yaxşı görüş keçirdiklərini ifadə edən Trudeau, Kanadanın 1,3 milyard dollarlıq sərhəd planını həyata keçirəcəyini bildirib.

Trudeau, sərhədi yeni vertolyotlar, texnologiya və personalla gücləndirəcəklərini, amerikalı tərəfdaşlarla koordinasiyanı artıracaqlarını və fentanil axınının qarşısını almaq üçün resursları artıracaqlarını deyib.

  • Əvvəlki

    Çinin "Google" siyasəti

Digər xəbərlər