USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

L'Oreal və Sanofi arasında 3 milyard avroluq müqavilə imzalanıb

05.02.2025 İqtisadiyyat
0 0
L'Oreal, Sanofi-dəki 2,3 faizlik payını ümumi 3 milyard avroya satmaq barədə razılığa gəlib.

L'Oreal-dan verilən açıqlamaya görə, L'Oreal Fransanın əczaçılıq şirkəti Sanofi-dəki 29,6 milyon səhmini ümumi 3 milyard avro qarşılığında hər səhmini 101,5 avroya Sanofi-yə satmağa razılaşıb. Səhm satışından sonra L'Oreal Sanofi-nin güclü səhmdarı kimi şirkətin böyümə və dəyər yaratma hədəflərini dəstəkləməyə davam edəcək.

Səhmlərin geri alınması müqaviləsi başa çatdıqdan sonra L'Oreal Sanofi kapitalının 7,2 faizinə və səsvermə hüququnun 13,1 faizinə sahib olmaqda davam edəcək.

Heç bir ilkin şərtə tabe olmayan səhmlərin geri alınması əməliyyatının yaxın günlərdə tamamlanması planlaşdırılır. Bu sövdələşmə ilə L'Oreal-ın xüsusilə son satınalmalarından sonra balansını gücləndirəcəyi və maliyyə mənbələrini daha da şaxələndirəcəyi gözlənilir.

"L'Oreal və Sanofi arasında 50 ildən artıq davam edən etimada əsaslanan tərəfdaşlığa uyğun olaraq, biz əsas səhmdar kimi Sanofi-nin inkişafını dəstəkləməyə davam edəcəyik. Biz şirkətin gələcəyinə tam əminik", - deyə L'Oreal Maliyyə Direktoru Kristof Babule bildirib.