USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft qiymətləri ABŞ-ın İrana qarşı siyasəti nəticəsində bahalaşıb

05.02.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 75,86 dollara satılır.

Ötən gün 76,48 dollara kimi bahalaşan Brent markalı neftin bir barelinin qiyməti günü 75,82 dollarla bağladı. “Brent” markalı neftin bir barelinin qiyməti bu gün saat 09:38-ə olan bağlanış qiyməti ilə müqayisədə 0,05 faiz artaraq 75,86 dollar olub. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 72,38 dollara alınıb.

Neft qiymətləri ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” siyasətini yenidən həyata keçirən sərəncam imzalamasından sonra yüksəlib.

İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən ABŞ prezidenti Tramp Ağ Evdə keçirilən imza mərasimində ilk prezidentlik dövründə həyata keçirdiyi “İrana maksimum təzyiq” siyasətini canlandıracaq prezident fərmanını imzalayıb.

İmzalama zamanı proses üzərində düşünən Tramp “bunu imzalamaqdan məmnun olmadığını” və “ümid edirəm ki, bundan istifadə etmək məcburiyyətində qalmayacaqlar” dedi.

Bu qərardan sonra qlobal neft tədarükünün qıtlığı ilə bağlı artan narahatlıqlar qiymətlərin yuxarıya doğru hərəkətini dəstəklədi.

  • Əvvəlki

    Əlavə vergilər Çinin böyüməsinə necə təsir edəcək?

Digər xəbərlər