Bu gün İtaliyanın Augusta limanında Azərbaycanın "Azeri Light" markalı neftinin CIF bazisi üzrə qiyməti əvvəlki göstərici ilə müqayisədə 1,62 ABŞ dolları və ya 2,06% azalaraq 76,80 dollar/barel təşkil edib.
Məlumata görə, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,64 dollar və ya 2,12% ucuzlaşaraq 75,59 dollar təşkil edib.
URALS markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,02 dollar və ya 3,22% azalaraq 60,55 dollar/barelə bərabər olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstəricidən 1,54 dollar və ya 2,01% azalaraq 74,83 dollar/barel təşkil edib.
Fevralın 5-nə olan rəsmi məzənnə 1,7 AZN/1USD təşkil edir.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.