USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azerspace-1” peykinin sığorta dəyəri açıqlandı

06.02.2025 İqtisadiyyat
0 0
“Azerspace-1” telekommunikasiya peykinin orbitdə sığortalanması üçün sığortaçı seçib.

Kommersant.az -ın əldə etdiyi məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Kosmik Agentliyində ("Azərkosmos") müvafiq işlərə yekun vurulub.

Agentlik peykin bir illik orbitdə sığortalanmasını “Qala Sığorta” Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, ASC-yə 1,4 milyon manat ödənilib.

Qeyd edək ki, müqavilə müddəti bir ildir. Bu müddət 2025-ci ilin fevralın 1-dən 2026-ci ilin fevralın 1-nə qədər olan dövrü əhatə edir. Sığorta olunacaq əmlakın dəyəri 53 milyon ABŞ dollarıdır.

  • Əvvəlki

    Lirə bahalaşdı

Digər xəbərlər

06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Mərkəzi Bankda yeni TƏYİNATLAR
0 0
06.02.2025 İqtisadiyyat
Pensiya artımları necə hesablanacaq?
0 0
06.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0