USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin I yarısında qiymətli kağızlar bazarı 2,4 dəfə artıb

30.07.2018 İqtisadiyyat
0 1
Maliyyə Bazarlarına Nəzarət Palatası 2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərini açıqlayıb.


Kommersant.az "APA-Economics"ə istinadən xəbər verir ki, bu ilin I yarısında qiymətli kağızlar bazarında ümumilikdə 12 mlrd. 451 mln. manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Əməliyyatların 52,2%-i (6 mlrd. 499 mln. manat) ilkin bazarda, 47,8%-i (5 mlrd. 952 mln. manat) isə təkrar bazarda aparılıb.

2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 mln. manat (94%-i və ya 439 mln. manat dövlət qiymətli kağızları ilə) olub.


Hesabat dövründə ümumilikdə 8 mlrd. 210 mln. manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.

  • Əvvəlki

    “Uşaq Qaynar Xətt Xidməti”nin uşaqlara psixoloji və mənəvi dəstəyi davam edir

Digər xəbərlər