USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda son beş ildə orta əməkhaqqı 40%-dən çox artıb

07.02.2025 İqtisadiyyat
0 0
Ötən ilin ilkin məlumatlarına əsasən, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1 009,2 manat təşkil edib.

Kommersant.az bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki illə müqayisədə 75,4 manat və ya 8,1%, son beş ilin göstəriciləri ilə müqayisədə isə 301,9 manat, yaxud da 42,7% çoxdur. Belə ki, 2023-cü ildə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 933,8 manat, 2020-ci ildə isə 707,3 manat olub.

Həmçinin, 2021-ci ildə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 732,1 manat, 2022-ci ildə isə 839,4 manat idi.

Qeyd edək ki, ötən il iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Xatırladaq ki, cari ilin yanvarın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara əsasən 1,7 milyon nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

  • Əvvəlki

    AB-nin Shein e-ticarət şirkətinə verdiyi son tarix fevralın 27-də başa çatır

Digər xəbərlər

07.02.2025 İqtisadiyyat
Lirə ucuzlaşdı
0 0
07.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
07.02.2025 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
06.02.2025 İqtisadiyyat
Lirə bahalaşdı
0 0
06.02.2025 İqtisadiyyat
Mərkəzi Bankda yeni TƏYİNATLAR
0 0