USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Diqqət! Azərbaycanda metro və avtobusda gediş haqları qaldırıldı - Qiymətlər

30.07.2018 İqtisadiyyat
0 6
İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə qərar qəbul edilib.

Kommersant.az Tarif Şurasına istinadən xəbər verir ki, İctimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflərin tənzimlənməsi barədə qərarda bildirilir.

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin və sərnişindaşıma xidmətləri göstərən digər bir sıra təsərrüfat subyektlərinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası QƏRARA ALIR:

1. Metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 30 qəpik təsdiq edilsin.

2. Bakı şəhərində, digər şəhər və rayonlarda müntəzəm şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri təsdiq edilsin (əlavə olunur).

3. Müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında şəhərdaxili və ya qəsəbədaxili hərəkət edən sərnişinlər üçün tarif bir gediş üzrə 30 qəpik təsdiq edilsin. Həmin marşrutlarda yaşayış məntəqələri arasında hərəkət edən sərnişinlər üçün tarif bu qərarın 2-ci hissəsi ilə təsdiq edilmiş əlavənin cədvəl bölməsinin 2-ci sətri ilə müəyyən edilmiş məsafələr üzrə tariflərin yuxarı hədlərinə uyğun olaraq tətbiq edilsin.

4. Bakı-Sumqayıt (Sumqayıt-Bakı) avtobus marşrutlarında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 50 qəpik təsdiq edilsin.

5. Müəyyən edilsin ki, Bakı-Sumqayıt avtobus marşrutunda sərnişindaşıma xidməti üzrə tarif Bakı şəhərindən Sumqayıt şəhərinə qədər olan məsafəni əhatə edir və Sumqayıt şəhərinin daxili marşrutları üzrə hərəkət davam etdikdə, həmin tarifə müntəzəm şəhərdaxili avtobus marşrutları üçün təsdiq edilən tarif əlavə olunur.

6. Müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tarifin yuxarı həddi bir kilometr üçün 2,4 qəpik təsdiq edilsin.

7. Nəzərə alınsın ki, müntəzəm şəhərdaxili avtobus marşrutlarının nömrəli siyahısı və hərəkət cədvəli, müntəzəm şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarının məsafələr üzrə bölgüsü göstərilməklə nömrəli siyahısı və hərəkət cədvəli, müntəzəm şəhərlərarası avtobus marşrutlarının siyahısı və hərəkət cədvəli “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə uyğun olaraq, öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.

8. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının aşağıdakı qərarları ləğv edilsin:

8.1. “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarı;

8.2. “Bakı Metropoliteni tərəfindən göstərilən sərnişindaşıma xidməti tarifinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 sentyabr 2009-cu il tarixli 5 nömrəli Qərarına dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 24 noyabr 2011-ci il tarixli 6 nömrəli Qərarı;

8.3. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərarı;

8.4. “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə (taksi istisna olmaqla) ölkədaxili sərnişindaşıma xidmətlərinin tariflərinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 26 aprel 2013-cü il tarixli 1 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 5 sentyabr 2014-cü il tarixli 8 nömrəli Qərarı.

9. Bu qərar 2018-ci il 1 avqust tarixindən qüvvəyə minir.


Azərbaycan Respublikası
Tarif (qiymət) Şurasının sədri Şahin Mustafayev

  • Əvvəlki

    Lerikdə eradan əvvəl V-III əsrlərə aid qəbirlər və mədəniyyət nümunələri aşkarlanıb

Digər xəbərlər

25.12.2024 İqtisadiyyat
Apple Nvidia və Microsoft-u kölgədə qoydu
0 0
25.12.2024 İqtisadiyyat
Türkiyə lirəsi uçurumdan yıxılır
0 0
25.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0