USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı artıb

11.02.2025 İqtisadiyyat
0 0
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral ayı üçün ilkin rəqəmlərini təqdim edib.

Kommersant.az xəbər verir ki, İcmala əsasən, 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar ayında yeyinti məhsulları 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar ayında aqrar məhsullar 10,4% artaraq 64,8 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları 44,3% artaraq 22,2 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,5% artaraq 87,1 milyon ABŞ dolları təşkil edib.

Cari ilin birinci ayında qara metallar və ondan hazırlanan məmulatlar 2,8 dəfə, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 34,9%, alkoqollu və alkoqolsuz içkilər 39,2%, üzvi kimyəvi birləşmələr 52,4% artıb.