USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir şikətə elektron pul kisəsi hüququ verildi

11.02.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Tiko Azərbaycan” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verilib.

Kommersant.az-a bu barədə AMB-dən bildirilib.

Məlumata görə, “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya təqdim olunub.

“Mərkəzi Banka ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam etməkdədir. Ödəniş xidmətlərinin həyata keçirilməsi üzrə verilən lisenziyalarla bağlı məlumatlar Mərkəzi Bankın internet səhifəsi vasitəsilə açıqlanır”, - deyə məlumatda qeyd edilib.