USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın vergi siyasəti Avstraliyadan yan keçəcək

11.02.2025 İqtisadiyyat
0 0
Açıqlamaları ilə qlobal iqtisadi gündəmə təsir etməyə davam edən ABŞ prezidenti Donald Tramp və Avstraliyanın baş naziri Entoni Albanese yeni açıqlanan gömrük rüsumlarının da müzakirə edildiyi görüş keçirib. Görüşün ardınca Tramp Avstraliyanı polad və alüminium idxalına tətbiq edilən rüsumlardan azad etməyi nəzərdən keçirəcəyini bildirib.

ABŞ prezidenti Donald Tramp Avstraliyanın baş naziri Entoni Albanese ilə telefon danışığından sonra "Amerikanı yenidən zənginləşdirməyin başlanğıcıdır" dediyi yeni gömrük tarifi tətbiqi ilə bağlı açıqlamalar verib.

Avstraliya ilə ticarət profisiti olduğunu bildirən Tramp bu səbəbdən Avstraliyanı gömrük vergilərindən azad etməyi düşünəcəyini bildirib.

Albanese, məsələ ilə bağlı verdiyi açıqlamada Trampın hər iki ölkənin maraqlarını nəzərə almağa razı olduğunu vurğulayaraq, ictimaiyyətə açıqlanacaq qərarlar mövzusunda Trampla razılaşdıqlarını ifadə edib.

  • Əvvəlki

    UPS dördüncü rübün mənfəətini artırır

Digər xəbərlər