İspaniyada bu gün ildə 14 maaşın üzərində ödənilən minimum əmək haqqının ayda 50 avro artırılaraq brüt 1184 avroya çatdırılması qərara alınıb. Minimum maaş alanların vergi ödəyəcəyi qərarından sonra verilən açıqlama müzakirələrə səbəb olub. Minimum əmək haqqının artırılması ilə illik 16 min 576 Avro ümumi gəlir əldə edəcək minimum əmək haqqı alanların mövcud qanun çərçivəsində ilk dəfə gəlir vergisi ödəməli olacağı məlum olub.
Baş nazirin müavini və əmək naziri Yolanda Diazın İspaniyadakı həmkarlar ittifaqları ilə əldə etdiyi razılaşmadan sonra Nazirlər Şurası bu gün ildə 14 maaşın üzərində ödənilən minimum əmək haqqının ayda 50 Avro artırılaraq ümumi 1184 Avroya çatdırılmasına qərar verib.
İspaniya mətbuatında yer alan və Maliyyə Nazirliyinin təsdiq etdiyi xəbərlərə görə, ölkədə ildə 15 min 876 avrodan çox qazananların gəlir vergisi, minimum əmək haqqı alanlar isə yeni artımla bu məbləğdən çox qazanacaqları üçün vergi ödəməli olacaqlar. İqtisadiyyat ekspertləri minimum əmək haqqı alanların hər il 300 ilə 700 avro arasında gəlir vergisi ödəyəcəyini iddia edirdilər.
“Minimum əməkhaqqı alanlar gəlir vergisindən azad edilməlidir”
Əmək naziri Diaz "Minimum əməkhaqqı alanların gəlir vergisindən azad edilməli olduğunu, minimum əmək haqqının artırılmasının İspaniya üçün təhlükə olmadığını, əksinə, ölkənin mənafeyinə uyğun olduğunu" söyləyərək, "Vergi pedaqogikasını etməliyik. Vergi ədalətinin aşağıdan yox, yuxarıdan başladığına inanırıq" deyə əlavə etdi və Maliyyə Nazirliyini günahlandırdı.
Koalisiya hökumətinin iki ortağı arasında böhrana səbəb olan və daha sonra ölkə tarixində ilk dəfə minimum əməkhaqqı alanlar üçün gəlir vergisi ödəmə öhdəliyi tətbiq edən minimum maaş artımı sağ müxalifət partiyaları tərəfindən tənqid edilib. İspaniyada 2,4 milyon minimum əmək haqqı alan işçi var.