USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Adidas"a Reklam Şurasından cəza

12.02.2025 İqtisadiyyat
0 0
Ticarət Nazirliyi yanında Reklam Şurası “Samba OG” modelinə görə Adidas-a inzibati cərimə kəsib. Şura məhsulun tərkibində donuz dərisi olduğunu bildirmədiyini müəyyən edib və şirkətin istehlakçıya məlumat vermək öhdəliyini yerinə yetirmədiyinə qərar verib. Adidas bildirişə cavab verməsə də, aldadıcı tanıtım səbəbiylə reklamların dayandırılmasına da qərar verilib.

Ticarət Nazirliyinin nəzdində fəaliyyət göstərən Reklam Şurası məhsulun təhlükəsizliyi ilə bağlı yoxlamaları, eləcə də qiymətə nəzarəti davam etdirir. Bu çərçivədə, Türkiyədə satılan “Samba OG” modeli ilə bağlı yalnış məlumatlara görə qlobal ayaqqabı istehsalçısı Adidas-a inzibati cərimə kəsilib.

Tərkibində donuz dərisi olduğu müəyyən edilib.

Prosesin sözügedən ayaqqabıda donuz dərisinin aşkarlanması ilə başladığı bildirilib. Adidas-ın Türkiyədəki satış platformasında məhsul təsvirlərində yalnız “təbii dəri” ifadəsinin yer aldığı, lakin donuz dərisinin istifadəsi ilə bağlı heç bir məlumat verilmədiyi müəyyən edilib.

  • Əvvəlki

    ABŞ çip nəhəngi Lam Research-dən Hindistana böyük investisiya

Digər xəbərlər

12.02.2025 İqtisadiyyat
Bəzi ərazilərdə qaz olmayacaq
0 0
12.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0