USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın “Rusiya-Ukrayna müharibəsi bitəcək” ritorikası rubla sərf edib

12.02.2025 İqtisadiyyat
0 0
ABŞ prezidenti Trampın Ukrayna müharibəsinin həlli prosesində irəliləyişlə bağlı açıqlamalarından sonra Rusiya rublu və Moskva birjası dəyər qazanmağa davam edir. Bu müsbət irəliləyişlərə təsir edən daha bir addım Rusiyanın 2021-ci ildən həbsdə olan ABŞ vətəndaşı Mark Fogeli azad etməsi olub.

Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı müsbət danışıqlar bəyanatları verməyə davam edərkən, bu, Moskva iqtisadiyyatına xeyir verdi. Rusiya bazarlarına müsbət təsir edən digər bir hadisə Rusiyanın öz ölkəsində saxlanılan ABŞ vətəndaşını azad etməsi olub.

Məsələ ilə bağlı dünənki açıqlamada Ağ Ev rəsmiləri Rusiyanın 2021-ci ildən həbsdə olan ABŞ vətəndaşı Mark Fogeli “xoşməramlı jest” olaraq azad etdiyini bildirib.

2024-cü ilin avqustundan bəri ilk...

Moskva Birjası (MOEX) 0,73 faiz artaraq 3040 bəndi keçdiyi halda, dollara əsaslanan RTS indeksi də 0,90 faiz artaraq 2024-cü ilin avqustundan bəri ilk dəfə 1000 bəndi keçib.

Rusiya rublu da dollar qarşısında 1,56 faiz dəyər qazanıb, dollar/rubl pariteti isə 95 səviyyəsindən aşağı düşüb.

  • Əvvəlki

    Süni intellekt nəhəngi DeepSeek-in maaşları heyrətə salır

Digər xəbərlər

12.02.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0