USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-da rekord büdcə kəsiri: 6 dəfə artıb

13.02.2025 İqtisadiyyat
0 0
ABŞ hökumətinin büdcə kəsiri ötən illə müqayisədə yanvarda təxminən altı dəfə artaraq 129 milyard dollara, maliyyə ilinin ilk dörd ayında isə 58 faiz artaraq 840 milyard dollara çatıb.

ABŞ Maliyyə Nazirliyi yanvar ayı üçün büdcə balansı hesabatını açıqlayıb.

Buna uyğun olaraq federal hökumətin büdcə kəsiri 1 oktyabr 2024-cü ildə başlayan və 30 sentyabr 2025-ci ildə başa çatacaq 2025-ci maliyyə ilinin dördüncü ayında 129 milyard dollar olaraq hesablanıb.

Keçən ilin yanvar ayında federal hökumətin büdcə kəsiri 22 milyard dollar idi.

Bu dövrdə büdcə balansı üçün bazar gözləntiləri 88,1 milyard dollar kəsir olub.

Yanvarda dövlət gəlirləri təxminən 8 faiz artaraq 513 milyard dollara, xərclər isə təxminən 29 faiz artaraq 642 milyard dollara çatıb.

4 aylıq büdcə kəsirində 58% artım

2025-ci maliyyə ilinin dördüncü ayı olan yanvar ayı etibarilə ölkənin cəmi büdcə kəsiri əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən yüzdə 58 artaraq 840 milyard dollara çatıb.

Söz mövzusu kəsir ötən ilin eyni dövründə 532 milyard dollar olub.

Maliyyə ilinin ilk dörd ayında gəlirlər əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 1 faiz artaraq 1,6 trilyon dollara, xərclər isə 15 faiz artaraq 2,4 trilyon dollara çatıb.