USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası”nı təsdiqləyib

13.02.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı tərəfindən mütərəqqi beynəlxalq təcrübə və standartlara əsaslanan “Banklarda əməliyyat risklərinin idarə edilməsi Qaydası” (Qayda) hazırlanaraq təsdiq edilib.

Kommersant.az bu barədə Mərkəzi Bankadan məlumat əldə edib.

Məlumata görə, qaydanın əsas məqsədi banklarda fəaliyyətin davamlılığının artırılması və əməliyyat mühitində hadisələrə daha çevik reaksiyanı təmin etməklə, əhəmiyyətli maliyyə itkilərinin qarşısının alınmasını dəstəkləməkdir. Yeni qəbul edilmiş requlyativ qaydada xüsusilə, banklarda əməliyyat risklərinin idarə edilməsi sisteminə, əməliyyat risklərinin müəyyən edilməsi, qiymətləndirilməsi və monitorinqinə, bankdaxili və nəzarət orqanına hesabatlılığa, habelə əməliyyat risk hadisələri barədə məlumat bazasının formalaşdırılmasına dair tələblər müəyyən edilib.

Bu çərçivənin tətbiqi banklarda əməliyyat riskləri hadisələrinə dair mövcud məlumat bazasının genişləndirilməsinə, əməliyyat risk hadisələri nəticəsində bankın qarşılaşdığı zərərin daha dəqiq hesablanmasına və növbəti dövrlərdə əməliyyat risklərinə dair kapital tələbləri üzrə banklar tərəfindən daha təkmil yanaşmaların tətbiqinə imkan yaradacaq.