USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İsveçrədə inflyasiya son 3 ilin ən aşağı səviyyəsinə düşüb

13.02.2025 İqtisadiyyat
0 0
İsveçrədə inflyasiya 2021-ci ilin noyabrından bəri ən aşağı səviyyəyə düşüb.

İsveçrədə illik inflyasiya yanvar ayında 0,4%-ə enərək, 2021-ci ilin Noyabr ayından bəri ən aşağı səviyyəyə düşüb və gözləntilərə uyğun olaraq İsveçrə Milli Bankının faiz dərəcələrini azaltması üçün daha çox imkan yaradıb. İsveçrədə illik inflyasiya dekabrda 0,6 faiz olub.

Federal Statistika İdarəsinin məlumatlarına görə, yanvar ayında qiymətlər gözləntilərə uyğun olaraq bir əvvəlki ayla müqayisədə 0,1 faiz azalıb.

0% ilə 2% arasında inflyasiya səviyyəsini hədəfləyən SNB, lazım gələrsə, benchmark kredit faizini mənfi əraziyə köçürə biləcəyini söylədi.

Dekabr toplantısında faizi 50 baza bəndi azaldıb 0,5%-ə endirən SNB-nin mart ayında verəcəyi növbəti qərarda borclanma xərclərini daha da azaltması gözlənilir.

VP Bank Qrupunun baş iqtisadçısı Tomas Gitzel bildirib ki, məsələ SNB-nin əsas faiz dərəcəsini sıfıra endirib-endirməməsində deyil, bunu gələn ay kimi qısa müddətdə edib-etməyəcəyidir.