USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat”ı təsdiq edib

19.02.2025 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankın (AMB) “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi: 2023-2026”nın əsas sütunlarından biri dayanıqlı maliyyə axınları üçün ekosistemin formalaşdırılmasıdır. Bu istiqamətdə Mərkəzi Bankın İdarə Heyəti tərəfindən “Yaşıl və dayanıqlılıqla əlaqəli kreditlər üzrə təlimat” təsdiq edilib.

Məlumata görə, təlimatın əsas məqsədi yaşıl və dayanıqlılıqla əlaqəli kreditləşmənin formalaşdırılmasını və təşviqini təmin etməkdir. Təlimat beynəlxalq maliyyə bazarlarında geniş istifadə olunan “Green Loan Principles“ və “Sustainability-Linked Loan Principles” nəzərə alınmaqla hazırlanıb. Sənəd yaşıl və dayanıqlılıqla əlaqəli kreditlərin verilməsi üzrə kredit təşkilatları üçün tövsiyələri müəyyən edir.

Təlimat kredit təşkilatlarının yaşıl və dayanıqlılıqla əlaqəli kredit portfelinin idarə edilməsi ilə bağlı daxili siyasət və qaydalarının hazırlanması və bütövlükdə idarəetmə çərçivəsinin müəyyənləşdirilməsi üzrə tövsiyələri əhatə edir.