USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda orta əməkhaqqı 86,2 manat artıb

19.02.2025 İqtisadiyyat
0 0
Ötən ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 255,5 manat təşkil edib.

Kommersant.az bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2023-cü ilin müvafiq dövrünə nisbətən 86,2 manat və ya 7,4 faiz çoxdur. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 169,3 manat təşkil edib.

Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil edib.