USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Süni intellektdə yeni rəqib

19.02.2025 İqtisadiyyat
0 0
OpenAI-dən ayrılan keçmiş texniki direktor Mira Murati, Thinking Machines Lab adlı yeni süni intellekt təşəbbüsü ilə sektora iddialı bir addım atdı. OpenAI, Meta və Mistral kimi nəhəng şirkətlərdən 30-a yaxın mütəxəssisi işə cəlb edən şirkət daha etibarlı və etik süni intellekt modellərini inkişaf etdirməyi hədəfləyir. Muratinin yeni addımı sektorda rəqabəti gücləndirəcək.

OpenAI-da yüksək səviyyəli gedişlərdən sonra keçmiş texniki direktor Mira Murati də öz startapını işə saldı. Sentyabr ayında şirkətdən ayrılan Murati, Thinking Machines Lab adlı yeni süni intellekt şirkəti ilə sənayenin əsas oyunçusu olmağı hədəfləyir.

OpenAI və Meta-dan önəmli adlar da iştirak edib

Muratinin təşəbbüsü təkcə rəhbərliyi ilə deyil, həm də işə götürdüyü adlarla diqqət çəkir. OpenAI, Meta və Mistral kimi texnoloji nəhənglərdən 30-a yaxın tədqiqatçı və mühəndis Thinking Machines Lab-a qoşulub.

Yeni komandanın görkəmli adları arasında ChatGPT-nin inkişafında mühüm rol oynamış tədqiqatçı Barret Zoph da var. OpenAI-dan Murati ilə ayrılan Zoph yeni şirkətdə texnologiya komandasına rəhbərlik edəcək. Bundan əlavə, OpenAI-nin həmtəsisçisi Con Şulman Thinking Machines Lab-ın elm departamentinin rəhbəri təyin edilib.

Məqsəd: Daha etibarlı Aİ

Muratinin yeni təşəbbüsü süni intellekt modellərini insan dəyərlərinə uyğunlaşdırmaqla daha etibarlı və etik sistemlər inkişaf etdirmək məqsədi daşıyır. Thinking Machines Lab-ın OpenAI kimi əsas rəqiblərlə necə rəqabət aparacağını və təqdim edəcəyi texnologiyaların sənayeyə hansı təsirləri göstərəcəyini səbirsizliklə gözləyirik.