USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan kimya sənayesi məhsulları ixracından gəlirini 61% artırıb

20.02.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycandan 35,5 milyon ABŞ dolları dəyərində 113,8 min ton kimya sənayesi məhsulları ixrac edilib.

Bu barədə Kommersant.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə dəyər baxımından 13,4 milyon ABŞ dolları və ya 61% çox, həcm ifadəsində isə 6,1 min ton və ya 5,6% çoxdur.

Hesabat ayında kimya sənayesi məhsulları ixracı ölkənin ümumi ixracının 1,17%-ni, qeyri-neft məhsulları ixracının isə 14,46%-ni təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 166,8 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki ilin yanvar ayı ilə müqayisədə əczaçılıq məhsullarının istehsalı 2,8 dəfə, rezin və plastik kütlə məmulatlarının istehsalı 41% artıb, kimya sənayesi məhsullarının istehsalı isə 1,4% azalıb.

Kimya sənayesi məhsullarından yod istehsalı 6,1%, etilen istehsalı 10,3%, propen (propilen) istehsalı 24,3%, polietilen istehsalı 28,3% azalıb, rezin və plastik kütlə məmulatlarından sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 64,9%, məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr istehsalı 56,9%, polietilendən kisə və çantalar istehsalı isə 48,1% artıb.