USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İDDİA: Hacıbala Abutalıbovun oğlunun şirkəti parçalandı

20.02.2025 İqtisadiyyat
0 0
"Müstəqil Spektr” şirkəti yenidən təşkil olunduğunu elan edib.

Bildirilib ki, bu, şirkətin tərkibindən yeni "Müstəqil Sfera" MMC-nin ayrılması ilə əlaqədardır.

Qeyd edək ki, "Müstəqil Spektr” MMC 1994-cü ildə dövlət qeydoyyatına alınıb. Hazırda şirkətin qanuni təmsilçisi Cabbarov Tuqay Elşad oğludur. Əvvəllər mətbuatda bu şirkətin Bakı şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu İsrafil Abutalıbova məxsus olduğu barədə iddialar yayılıb. (Bizim.Media)