USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ötən ay pensiya ödənişlərinə nə qədər vəsait yönəldilib?

21.02.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz (61 mln. manat) çox olmaqla 545 mln. manat vəsait yönəldilib.

Kommersant.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb və yanvar ayı üzrə artımlar fevral ayının pensiyasına əlavə olunaraq ödənilir.

"İndeksləşdirmə əsasında artımdan sonra orta aylıq pensiya 9 faiz artaraq 537 manata, o cümlədən yaşa görə orta aylıq pensiya 573 manata çatıb.

Ötən ay 5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 142 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib",- deyə məlumatda qeyd edilib.