USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Starbucks mindən çox işçisini ixtisar edəcək

25.02.2025 İqtisadiyyat
0 0
Məşhur qəhvə şəbəkəsi Starbucks mindən çox əməkdaşını ixtisar etməyə hazırlaşır. Starbucks-ın CEO-su Brian Nicco daha əvvəl şirkət daxilində ixtisarların başlayacağını və detalların mart ayında açıqlanacağını bildirmişdi.

Daha əvvəl ixtisar edəcəyini açıqlayan Starbucks dünya üzrə şirkətlərində 1100 işçini işdən çıxarmaq qərarına gəlib.

Starbucks-ın CEO-su Brian Niccol verdiyi açıqlamada qəhvə şəbəkəsinin 1100 korporativ vəzifəni ləğv etmək qərarına gəldiyini açıqladı.

İşçilərin ixtisarına başlanacağı açıqlanıb

Niccol yanvar ayında şirkətin geri dönüş səylərinin bir hissəsi olaraq dəstək qruplarını optimallaşdırmaq üçün işdən çıxaracağını və detalların martın əvvəlində açıqlanacağını söyləyib.

Niccol bu gün verdiyi açıqlamada, işdən çıxarmaların mağazadaxili komandalara və ya Starbucks-ın mağaza saatlarında investisiyalarına təsir etməyəcəyini söylədi.

  • Əvvəlki

    Böyük Britaniyanın baş naziri Starmer: “Rusiyaya iqtisadi təzyiqi artırın”

Digər xəbərlər