USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın nominal və real effektiv məzənnəsi artıb

25.02.2025 İqtisadiyyat
0 0
Bu ilin fevralın 1-nə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 110 bənd təşkil edib.

Məlumata əsasən, bu, aylıq müqayisədə 0,8 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 7,7 bənd çoxdur.

Eyni zamanda, cari ilin fevralın 1-nə manatın qeyri-neft sektoru üzrə nominal efektiv məzənnəsi isə 184,6 bənd təşkil edib ki, bu da aylıq müqayisədə 0,9 bənd, ötən ilin eyni dövrü ilə müqayisədə isə 15,6 bənd çoxdur.

Bundan başqa, 2025-ci ilin fevralın 1-nə manatın real effektiv məzənnəsi 126,0 bənd təşkil edib. Bu, aylıq müqayisədə 0,9 bənd, illik müqayisədə isə 4,5 bənd çoxdur.

Həmçinin, hesabat dövründə manatın qeyri-neft sektoru üzrə real effektiv məzənnəsi 121,5 bəndə bərabər olub ki, bu da aylıq ifadədə dəyişməz qalıb, illik ifadədə isə 3,7 bənd artıb.