USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda iri sahibkarlığa verilən kreditlərin həcmi azalıb

26.02.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar ayının sonuna Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlərin həcmi 8,25 milyard manat təşkil edib.

Kommersant.az-ın Azərbaycan Mərkəzi Bankından əldə etdiyi məlumata görə, bu, ötən ilin sonu ilə müqayisədə 42 milyon manat və ya 0,5% azdır.

Belə ki, 2024-cü ilin sonunda Azərbaycanda iri sahibkarlıq subyektlərinə verilən kreditlətin həcmi 8,3 milyard manat idi.

Qeyd edək ki, ötən ayın sonunda Azərbaycanda fəaliyyət göstərən bankların biznes kredit portfelinin həcmi 14,7 milyard manat təşkil edib. Bankların biznes kredit portfeli əvvəlki illə müqayisədə 13,9% və ya 1,8 milyard manat artıb. 2023-cü ildə bankların biznes kredit portfelinin həcmi 12,9 milyard manat olub.

Xatırladaq ki, cari ilin yanvar ayının 1-nə olan məlumata görə, Azərbaycanda 868 iri sahibkarlıq subyekti fəaliyyət göstərir.

İri sahibkarlıq subyektlərinin ən çoxu ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində (194), ən azı isə digər sahələrdə (3) fəaliyyət göstərir.

  • Əvvəlki

    Nazirdən bölgələrdə həkim çatışmazlığı ilə bağlı - AÇIQLAMA

Digər xəbərlər

25.02.2025 İqtisadiyyat
Mart ayı 18 gün iş olmayacaq
0 0
25.02.2025 İqtisadiyyat
Sabah sulu qar yağacaq
0 0