USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xarici valyuta ilə müqayisədə manatla kredit qoyuluşu artıb

26.02.2025 İqtisadiyyat
0 0
Kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşlarında milli və xarici valyutada ödəmə vaxtı keçmiş kredilər məbləğ baxımından, demək olar ki, eyni səviyyədədir. Cəmi kreditlərdə xüsusi çəki baxımından isə milli valyutada ödəmə vaxtı keçmiş kreditlərin nisbəti daha çoxdur.

Kommersant.az-ın Mərkəzi Bankdan əldə etdiyi məlumata görə, 2025-ci ilin fevralın 1-nə cəmi kredit qoyuluşları 29,3 milyard manat, o cümlədən, vaxtı keçmiş kreditlər 475,1 milyon manat təşkil edib.

Cəmi kredit qoyuluşlarının 24,9 milyard manatını milli valyutada kreditlər təşkil edib. Milli valyutadakı kreditlərin 369,1 milyon manatının ödəmə vaxtı keçib.

Cəmi kredit qoyuluşlarının 4,4 milyard manatı xarici valyutada verilmiş kreditlərdir. Bu kreditlərin 106 milyon manatının ödəmə vaxtı keçib.

Ötən ilin eyni dövrü ilə müqayisədə milli valyutada qoyulmuş kreditlər 5,3 milyard manat və ya 26,9% artıb, xarici valyutada qoyulmuş kreditlər isə 320,7 milyon manat və ya 6,7% azalıb.

Milli valyutadakı cəmi kreditlərin 4,1 milyard manatını qısamüddətli, 20,8 milyard manatını uzunmüddətli kreditlər, xarici valyutadakı kreditlərin isə 771,2 milyon manatını qısamüddətli, 3,7 milyard manatını isə uzunmüddətli kreditlər təşkil edib.