USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft tədarüklə bağlı narahatlıqlar üzərində sabit qalır

27.02.2025 İqtisadiyyat
0 0
Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 72,25 dollara satılır.

Ötən gün 72,78 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 72,20 dollarla bağladı. Brent markalı neftin bir barelinin qiyməti bu gün saat 09:40-a olan bağlanış qiyməti ilə müqayisədə təxminən 0,06 faiz artaraq 72,25 dollara çatıb. Eyni zamanda West Texas Intermediate (WTI) markalı xam neftin bir barreli 68,68 dollara alınıb.

ABŞ prezidenti Donald Trampın Venesuelaya neft satışı ilə bağlı güzəşt sazişini ləğv etdiyini açıqlamasından sonra neft qiymətləri artan tədarük narahatlıqları fonunda sabit qalıb.

Tramp “Truth Social” hesabından verdiyi açıqlamada keçmiş prezident Co Baydenin dövründə ABŞ və Venesuela arasında imzalanmış müqavilələri ləğv etdiyini açıqlayıb.

ABŞ-ın o vaxtkı administrasiyası 26 noyabr 2022-ci ildə Venesuela neftinin satışına qarşı sanksiyaları yumşaltmaq barədə müqavilə imzaladı.

Bu qərar bazar oyunçularının qlobal tədarükdə mümkün pozulmalarla bağlı narahatlıqlarını artıraraq qiymətlərin yuxarıya doğru hərəkətini dəstəklədi.