USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Öcalanın çağırışından sonra ABŞ-dan ilk açıqlama

28.02.2025 İqtisadiyyat
0 0
ABŞ hökuməti PKK lideri Abdullah Öcalanın təşkilatın ləğvi və tərksilah edilməsi çağırışını dəyərləndirib. Ağ Evin bəyanatında bunun "vacib bir inkişaf" olduğu və prosesin regionda sabitliyə töhfə verə biləcəyi vurğulanıb.

ABŞ hökuməti PKK lideri Abdullah Öcalanın təşkilatın özünü dağıtması və silahlarını yerə qoyması çağırışını dəyərləndirib. Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyuz verdiyi açıqlamada bu inkişafın diqqətlə izləndiyini bildirib.

“Bu, sülhün bərqərar olmasına kömək edəcək”

"Bu, mühüm bir hadisədir və ümid edirik ki, bu, türk müttəfiqlərimizi ABŞ-ın Suriyanın şimal-şərqindəki İŞİD əleyhinə tərəfdaşları barədə əmin etməyə kömək edəcək", - Hughes deyib.