USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda təsirsiz qazlar istehsalı 4% artıb

28.02.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda 3,6 milyon kubmetr təsirsiz qazlar istehsal edilib.

Bu barədə Kommersant.az Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 137,6 min kubmetr və ya 4% çoxdur.

Cari ilin fevralın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 50,5 min kubmetr təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 185,3 milyon manatlıq məhsul istehsal edilib.

Məlumata görə, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kimya sənayesi məhsullarının istehsalı 35,9 faiz artmış, əczaçılıq məhsullarının istehsalı 30,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı isə 3,7 faiz azalıb.