USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Orta dəhlizlə bu il 4 mln. tondan artıq yük daşınacaq

04.03.2025 İqtisadiyyat
0 0
2025-ci il üçün Orta Dəhliz üzrə yükdaşıma planına əsasən 4,2 mln. ton yükün nəqli gözlənilir.

Bunu Bakıda jurnalistlərə açıqlamasında “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının baş katibi Qaydar Abdikerimov deyib.

Onun sözlərinə görə, qeyd olunan həcmin 2,5 mln tonu quru, 1, 7 mln. tonu isə neft yüklərinin payına düşəcək.

Baş katib onu da vurğulayıb ki, otən il Orta dəhliz vasitəsi ilə 3 332 min ton yük daşınıb, bunu da 1 857 min tonu quru yüklərin payına düşüb.

Qeyd edək ki, bu gün Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin Ümumi Yığıncağının iclası keçirilib.