USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sənaye 4.0 Mərkəzinin fəaliyyətə başlayacağı tarix açıqlandı

05.03.2025 İqtisadiyyat
0 0
Sənaye 4.0 Mərkəzi bu il fəaliyyətə başlayacaq.

Kommersant.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov rəhbərlik etdiyi qurumun 2024-cü ilin yekunlarına və 2025-ci ildə planlaşdırılan fəaliyyət istiqamətlərinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, sözügedən mərkəzdə texnologiya şirkətləri öz məhsullarını təqdim edəcəklər: "Sənaye üçün süni intellekt və digərləri ilə bağlı həllər öz əksini tapacaq.

Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı baxımından 2030-cu ilə qədər 650 şirkəti sənaye 4.0 Hazırlıq Proqramından keçirməyi planlaşdırırıq.

Bu texnologiyalara onların əlçatanlığınının təmin edilməsi ilə bağlı dəstəyimizi göstərəcəyik".

  • Əvvəlki

    Yanğın baş verən zavodda nə istehsal olunur?

Digər xəbərlər