USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əmək hüquqlarının pozulması ilə bağlı 3 şirkət 20 min manat cərimələndi

05.03.2025 İqtisadiyyat
0 0
Prokurorluq orqanları tərəfindən vətəndaşların əmək hüquqlarının pozulması hallarına qarşı mübarizə davam edir.

Əmək hüquqlarının pozulması halları barədə vətəndaşlardan daxil olmuş müraciətlər əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Kommersant.az xəbər verir ki, bu barədə Baş prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, araşdırma zamanı “Az Deniz” MMC, “Miral” MMC və “DOSTLAR” MMC vəzifəli şəxsləri tərəfindən işçilərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.

Göstərilən faktlar üzrə İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatlar başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal, Nəsimi və Suraxanı rayon məhkəmələrinə göndərilib.

Məhkəmələrin müvafiq qərarları əsasında “Az Deniz” MMC və “DOSTLAR” MMC 20 min, “Miral” MMC isə 22 min manat məbləğində inzibati cərimə edilib.

  • Əvvəlki

    Əli Əsədov yanğın baş vermiş Neft Emalı Zavodunda əməliyyat müşavirəsi keçirdi

Digər xəbərlər