USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bir neçə rayonunda qaz olmayacaq

06.03.2025 İqtisadiyyat
0 0
Bu gün Bakının Nəsimi və Suraxanı rayonlarının bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Kommersant.az xəbər verir ki, bu barədə məlumatı SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi yayıb.

Bildirilib ki, Nəsimi rayonu ərazisində yeni çəkilmiş qaz xəttinin mövcud şəbəkəyə qoşulması, Suraxanı rayonunun Hövsan qəsəbəsində isə qaz sayğaclarının giriş hissələrinin yığılması məqsədilə martın 6-da saat 10:00-dan etibarən qaz verilişi dayandırılacaq.

Fasilə müddətində Nəsimi rayonunun Mirzəağa Əliyev, Süleyman Ələsgərov, Rəşid Behbudov, Şəmsi Bədəlbəyli küçələri, Suraxanı rayonunun Hövsan qəsəbəsi, O. Şabanov küçəsinin qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.