USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

2025-ci il üçün “Vergitutma” indikatoru üzrə yeni Yol Xəritəsi təsdiq edilib

06.03.2025 İqtisadiyyat
0 0
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “Vergitutma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair 2025-ci il üzrə Yol Xəritəsi Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya tərəfindən təsdiq edilib.

Kommersant.az-a bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.

Məlumata görə, Yol Xəritəsinə əsasən, vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə müraciətlər mexanizminin stimullaşdırılması, bununla bağlı müraciətlər və qəbul edilmiş qərarlarla bağlı məlumatların şəffaflığı və əlçatanlığının təmin olunması üçün hesabatlılığın təkmilləşdirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulur. Bununla yanaşı, ekoloji vergilərin, o cümlədən karbon qiymətqoyma mexanizmlərinin əhatə dairəsinin müəyyən edilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və hazırlanmış icmalın Komissiyaya təqdim olunması planlaşdırılır.

İl ərzində mikrosahibkarlar üçün əvvəlcədən doldurulmuş sadələşdirilmiş vergi bəyannamələri sisteminə keçidin təmin edilməsi, avtomatik doldurulmuş vergi bəyannaməsi sisteminə mərhələli keçidin tətbiqi, eləcə də "Biznes mühitini və vergi yükünü araşdır" və "Vergitutma rejiminin seçimi" adlı yeni elektron xidmətlərin yaradılması nəzərdə tutulur.

Xatırladaq ki, “Vergitutma” sahəsində müvafiq yol xəritəsinin həyata keçirilməsinə məsul “Vergi və hesabatlılıq” İşçi qrupuna Dövlət Vergi Xidməti rəhbərlik edir.

Yol Xəritəsi ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/uploads/2025/strategiya/2025.pdf

  • Əvvəlki

    Son günlər artan tıxacların səbəbi açıqlanıb

Digər xəbərlər

06.03.2025 İqtisadiyyat
Bakıda yeni lizinq şirkəti yaradılıb
0 0
06.03.2025 İqtisadiyyat
Bakının bir neçə rayonunda qaz olmayacaq
0 0