USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Trampın naziri əlavə vergilərdən inflyasiya gözləmir

06.03.2025 İqtisadiyyat
0 0
ABŞ prezidenti Donald Trampın bəzi ölkələrə, o cümlədən Çinə qarşı başlatdığı ticarət müharibələrinin ölkə iqtisadiyyatına necə təsir edəcəyi maraq doğurur. ABŞ-ın ticarət naziri Lutnik tariflərin bəzi ölkələr üçün yalnız müvəqqəti qiymət artımına səbəb olacağını deyib.

ABŞ-ın ticarət naziri Lutnik ABŞ prezidenti Donald Trampın bəzi ölkələrə, o cümlədən Çinə qarşı başlatdığı ticarət müharibələrini dəyərləndirib.

Fox News-a danışan Lutnik tariflərin daha yüksək qiymətlərlə nəticələnəcəyini, yalnız bəzi məhsulların təsirlənəcəyini və qiymət artımlarının müvəqqəti olacağını müdafiə etdi.

Lutnik təkid edirdi ki, qiymət artımı inflyasiya hesab edilməməlidir:

"Prezidentin dünən axşam dediyi kimi, qısa müddət ərzində müəyyən məhsullarda bahalaşma olacaq. Bu, inflyasiya deyil, cəfəngiyyatdır. Söhbət qısa müddətə müəyyən məhsullardan gedir".