USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bazarlar Powell-in mesajlarını izləyəcək

07.03.2025 İqtisadiyyat
0 0
Qlobal bazarlarda ABŞ Prezidenti Donald Trampın tarif yanaşmasındakı dəyişikliklərin yaratdığı qeyri-müəyyənliklər və makroiqtisadi məlumatlardan alınan siqnallarla qarışıq bir gedişat gözə çarparken, bütün diqqətlər bu gün ABŞ-da açıqlanacaq kənd təsərrüfatı olmayan əmək haqqı məlumatlarına və ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauellin çıxışına yönəlib.

Dünyada inflyasiya-resessiya dilemması davam edərkən, ABŞ-ın yaxın ticarət tərəfdaşlarına tarif tətbiqində etdiyi düzəlişlər ölkələrin iqtisadi siyasətinin qurulmasında proqnozlaşdırıla bilənliyi azaldır və investorları ehtiyatlı mövqe tutmağa çağırır.

ABŞ prezidenti Tramp martın 4-də qüvvəyə minən fərmanla Meksika və Kanadadan idxal olunan mallara 25 faizlik gömrük rüsumunu tətbiq edib. Bu müqaviləyə əsasən, ABŞ-Meksika-Kanada Müqaviləsinə (USMCA) uyğun gələn mallar aprelin 2-dək Meksika və Kanada üçün tariflərdən azaddır.

Tənzimləmə ilə USMCA tələblərinə cavab verən avtomobillər tariflərdən azad edilən məhsullar arasında yer alırken, Kanada mənşəli kalium (fermerlərin istifadə etdiyi gübrə) üçün tətbiq edilən tarif dərəcəsi yüzdə 10-a endirildi.

Qaydaları imzaladıqdan sonra danışan Tramp alüminium və polad tariflərinin dəyişməyəcəyini və gələn həftədən qüvvəyə minəcəyini bildirib.

Digər tərəfdən Kanadanın Baş naziri Castin Trüdo ABŞ-ın Kanadaya tətbiq etdiyi 25 faizlik tariflərlə bağlı, "Ən yaxın gələcəkdə ABŞ-ın başlatdığı bir ticarət müharibəsi içində olmağa davam edəcəyimizi təsdiq edə bilərəm" dedi.