USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İtaliya Azərbaycandan metanol alışını 33%-dən çox artırıb

17.03.2025 İqtisadiyyat
0 0
Cari ilin yanvar ayında Azərbaycandan İtaliyaya 8,2 min ton metanol (metil spirti) ixrac edilib.

Kommersant.az-ın Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığı hesablamalara görə, bu miqdarda metanol ixracından əldə olunan gəlir 2,6 milyon ABŞ dolları olub.

İtaliyaya metanol ixrac ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 2 min ton və ya 33,1%, dəyər ifadəsi ilə 1,5 milyon ABŞ dolları, yaxud da 2,3 dəfə artıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan İtaliyaya 6,2 min ton miqdarında, 1,1 milyon ABŞ dolları dəyərində metanol ixrac edilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycandan xaricə 35 min ton metanol (metil spirti) ixrac edilib. Bu miqdarda metanol ixracından əldə olunan gəlirin həcmi 11,1 milyon ABŞ dolları olub. Metanol ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 4,2 min ton və ya 10,8% azalıb, dəyər ifadəsi ilə 3,8 milyon ABŞ dolları, yaxud da 52,4% çoxalıb. 2024-cü ilin yanvarında Azərbaycandan 39,2 min ton miqdarında, 7,3 milyon ABŞ dolları dəyərində metanol ixrac olunub.

Ötən ay ixrac edilən metanolun bir tonu üçün qiymət 318,2 ABŞ dolları olub ki, bu da, illik müqayisədə 131,9 ABŞ dolları və ya 70,8% bahadır. Ötən ilin ilk ayında bu qiymət 186,3 ABŞ dolları idi.

Həmçinin, hesabat dövründə ixrac edilən metanol ümumi ixracın 0,40%-ni, qeyri-neft sektoru üzrə ixracın 3,29%-ni təşkil edib.

Xatırladaq ki, hesabat dövründə Azərbaycandan İsrailə, Türkiyəyə, İtaliyaya, Sloveniyaya, Yunanıstana metanol ixrac edilib.

  • Əvvəlki

    Prezident İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Digər xəbərlər

17.03.2025 İqtisadiyyat
Yanacaq qiymətlərində son vəziyyət
0 0
17.03.2025 İqtisadiyyat
Neft qiymətləri yüksəlir
0 0