USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neft ixracını artırıb, gəlirlər azalıb

17.03.2025 İqtisadiyyat
0 0
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə 4,8 milyon ton bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Kommersant.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 2,7 milyard ABŞ dolları olub.

Xam neft və neft məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 183 min ton və ya 4% çoxalıb, dəyər ifadəsi ilə 154 milyon ABŞ dolları, yaxud da 5,4% azalıb.

Belə ki, ötən ilin eyni dövründə Azərbaycandan xaricə 4,6 milyon ton miqdarında, 2,8 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edilib.

Qeyd edək ki, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur. Ötən ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 7,2 milyard ABŞ dolları idi.

Ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar (0,3%) az və 1,7 milyard dollar (69,2%) çoxdur.

Xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

  • Əvvəlki

    Prezident İlham Əliyev Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - FOTO

Digər xəbərlər

17.03.2025 İqtisadiyyat
Yanacaq qiymətlərində son vəziyyət
0 0
17.03.2025 İqtisadiyyat
Neft qiymətləri yüksəlir
0 0