USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Asiya fond bazarlarında müsbət tendensiya var

17.03.2025 İqtisadiyyat
0 0
Asiya fond bazarları həftənin ilk ticarət günündə müsbət istiqamətdədir.

Çində fevral ayı üçün pərakəndə satışlar illik bazda yüzdə 4 artaraq gözləntiləri aşdı, eyni dövrdə sənaye istehsalı isə illik yüzdə 5,9 artımla təxminləri aşdı.

Fevralda ölkədə işsizlik səviyyəsi gözləntilərin üstündə 5,4 faiz olub. Eyni dövrdə mənzil qiymətləri illik 4,8 faiz azalaraq enmə meylini davam etdirib.

Gözləntilərin üzərində gələn pərakəndə satış məlumatlarının ölkədə daxili tələblə bağlı optimizmi artırdığını qeyd edən analitiklər, deflyasiyanın kölgəsində olan Çin iqtisadiyyatı üçün daxili tələbin artmasının vacib olduğunu ifadə etdilər.

Bu inkişaflarla Yaponiyada Nikkei 225 indeksi yüzdə 1, Cənubi Koreyada isə Kospi indeksi yüzdə 1,5 artımla 2605 bəndlə bağlanıb.

Hazırda Honq-Konqda Hang Seng indeksi 0,9 faiz artımla 24,163 bənd, Çində Şanxay kompozit indeksi isə 0,2 faiz artımla 3,426 bənddə ticarət olunur.

Hindistanda Sensex indeksi 0,4 faiz artımla 74,145 bənddə ticarət olunur.