USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 38%-ə yaxın artıb

18.03.2025 İqtisadiyyat
0 0
Ötən il qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 37.9% artaraq 3.6 milyard dollar təşkil edib.

Bu barədə Kommersant.az Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata əsasən, hesabat dövründə turizm xidmətləri üzrə ixracın (2.0 milyard dollar) idxalı (1.6 milyard dollar) üstələməsi nəticəsində 450.3 milyon dollar həcmində profisit yaranıb.

Bu dövrdə xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 15.5%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 25.9% artıb. Xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi 1.6 milyard dollar olub. Bunun 79.1%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla).